Ekoturizmlə bağlı məktəblərdə bilik yarışı keçiriləcək
    • 24-01-2020, 13:14
    • 823

Ekoturizmlə bağlı məktəblərdə bilik yarışı keçiriləcək

Azərbaycanın milli parklarında müxtəlif yaş qruplarını əhatə edən maraqlı və rəngarəng tədbirlər davam etdirilir.

26 yanvar tarixində - Dünya Ekoloji Təhsil Günündə bir sıra milli parklarda açıq dərs, Qızılağac Milli Parkının Turizm İnformasiya Mərkəzində məktəblilər arasında bilik yarışı keçiriləcək. 

News24.az
xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyini mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. Onun sözlərinə görə, 30 yanvar tarixində isə Hirkan Milli Parkında atla yürüş üçün ziyarətçilərə şərait yaradılacaq:

"Tədbirlərin keçirilməsində məqsəd milli parklarda ekoturizmin təbliği, parklara turistlərin marağının artırılmasıdır. 
Hər kəsi milli parklarımıza səyahət etməyə və təşkil olunacaq tədbirlərə qoşulmağa çağırırıq".

Afaq Mirayiq