Ağdərəyə 30 sm qar yağıb, ŞAXTA - FAKTİKİ HAVA
    • 25-01-2020, 11:00
    • 1 109

Ağdərəyə 30 sm qar yağıb, ŞAXTA - FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentinin məlumatına görə yanvarın 25-i səhərədək ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, sulu qar, qar yağıb.

ETSN-dən News24.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı: Lerikdə 9 mm, Altıağacda 5 mm, Quba, Xaltan, Astara, Ağdərədə 4 mm, Ordubadda 3 mm, Qusar, Qrız, Xaçmazda 2 mm, Nabran, Xınalıq, Şabran, Yardımlı, Mərəzə, Gədəbəy, Daşkəsən, Şahbuz, Biləsuvar və Naxçıvanda 1 mm, Maştağada 4 mm, Bakı və Binədə 3 mm, Sumqayıt və Zabratda 1 mm təşkil edib. Qar örtüyünün hündürlüyü: Ağdərədə (Ordubad)30 sm, Altıağac, Lerikdə 17 sm, Xaltan və Qrızda 10 sm, Xınalıqda 9 sm, Qubada 7 sm, Sarıbaşda (Qax) 6 sm, Qusarda 4 sm, Şahbuzda 2 sm, Nabran, Yardımlı və Ordubadda 1 sm olub. Havanın minimal temperaturu Bakıda 0 dərəcəyə yaxın, dağlıq rayonlarda 7-12 dərəcə şaxta, yüksək dağlıq rayonlarda 16-19 dərəcə şaxta olub.