Bakının bir sıra məktəblərində şagirdlər üçün AVTOBUSLAR AYRILACAQ
    • 27-01-2020, 11:20
    • 554

Bakının bir sıra məktəblərində şagirdlər üçün AVTOBUSLAR AYRILACAQ

2020-ci ildə yeni tədris ilindən Bakının bir sıra məktəblərində şagirdlər üçün avtobuslar ayrılacaq. 

News24.azxəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov 2019-cu ilin yekunlarına dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu istiqamətdə Bakı Nəqliyyat Agentliyi ilə sıx əməkdaşlığa başlanılıb. 

"Birgə səylərimiz nəticəsində 2020-ci ilin yeni tədris ilinə qədər Bakının bir sıra yerlərındə şagird sayı çox olan məktəblər üçün avtobus sisteminin təşkil edilməsinə nail olacağıq. Təbii ki, bütün məktəbləri birinci mərhələdə əhatə etməyəcəyik. Lakin layihənin gedişindən asılı olaraq iş davam etdiriləcək".

Afaq Mirayiq