Zaqatalada üç baş heyvan QUDUZLUQDAN ÖLÜB
    • 27-01-2020, 12:46
    • 816

Zaqatalada üç baş heyvan QUDUZLUQDAN ÖLÜB

Zaqatalada son iki ayda üç baş iribuynuzlu heyvan quduzluq xəstəliyindən ölüb.

Ölüm faktları rayonun Danaçı və Höytala kəndlərində qeydə alınıb. Belə ki, son iki ayda adıçəkilən kəndlərdə şəxsi təsərrüfatlarda üç baş iribuynuzlu heyvan quduzluqdan ölüb.

Kənd baytarlıq məntəqələri faktı təsdiqləyiblər. Bildirilib ki, ölən heyvanlar baytarlıq təlimatına uyğun olaraq basdırılıb və şəxsi təsərrüfatlar dezinfeksiya edilib.
Ölən heyvanların quduzluq xəstəliyinə meşədə yırtıcı heyvanların hücumuna məruz qalması nəticəsində yoluxduğu ehtimal edilir./apa/