Nazir qətlə yetirilən Nərminin oxuduğu məktəbdən DANIŞDI
    • 27-01-2020, 13:08
    • 987

Nazir qətlə yetirilən Nərminin oxuduğu məktəbdən DANIŞDI

Təhsil naziri Ceyhun Bayramov Tovuz rayonun Dondar Quşçu kənd orta məktəbinin təmirsiz olması və rayonun Bozalqanlı kənd orta məktəb şagirdinin transformatora düşərək yanması ilə bağlı News24.az-ın suallarını cavablandırıb.

O bildirib ki, iki il ərzində ciddi əsaslı təmirə ehtiyacı olan məktəblərin sayının azalması üçün nazirlik əlindən gələni edir: "Çalışırıq ki, məsələ yaxın illərdə öz həllini tapsın. Ancaq iki il ərzində bütün əsaslı təmirə ehtiyacı olan məktəblərinin hamısnın təmir edilməsi real görünmür. Ötən il ərzində ölkə ərazisində 100 dən artıq yeni məktəb binası əsaslı təmir edildi, bu işlər bu il də davam etdiriləcək. Qeyd etdiyiniz Tovuz rayonuna nəzər salsaq, son bir neçə il ərzində kifayət qədər sayda yeni məktəb binaları inşa edildi, əsaslı təmir edildi, bir sıra ucqar yaşayış məntəqələrində modul məktəblərin tikildi və quraşdırıldı. Bu işlər təbii ki, növbəti 2020 ci ildə davam etdiriləcək. Cari təmir hesabına mövcud olan  məktəblərdə şəraitin yaxşılaşdırılması istiqamətində işlər həyata keçirilir. 2020 ci ildə də davam etdiriləcək".

Afaq Mirayiq