Silahlı Qüvvələrin Hərbi Akademiyasında SEMİNAR KEÇİRİLDİ
    • 29-01-2020, 11:10
    • 617

Silahlı Qüvvələrin Hərbi Akademiyasında SEMİNAR KEÇİRİLDİ

Azərbaycan və Litva Müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında seminar keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, STANAG testlərinin tərtib edilməsi üzrə təcrübə mübadiləsinə və hazırlanmış testlərin qarşılıqlı sınaqdan keçirilməsinə dair seminarda test materiallarının hazırlanmasının metodologiyası və nəticələrin uzlaşdırılması mövzuları, həmçinin xarici dil mərkəzləri ilə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.