Bakının bu hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq
    • 30-01-2020, 09:33
    • 1 017

Bakının bu hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq

"Azərsu" ASC əhaliyə xəbərdalıq edib.

Qurumdan News24.az-a verilən məlumata görə, Bakı şəhəri Xətai rayonu Məzahir Rüstəmov küçəsində yeni çəkilmiş su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədar 30 yanvar 2020-ci il tarixində gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.