Çindən Azərbaycana təxliyə olunan tələbələr CİDDİ MÜAYİNƏ OLUNACAQLAR- EKSKLÜZİV
    • 30-01-2020, 13:37
    • 1 682

Çindən Azərbaycana təxliyə olunan tələbələr CİDDİ MÜAYİNƏ OLUNACAQLAR- EKSKLÜZİV

Çindən Azərbaycana təxliyə olunan tələbələr müayinə olunacaq. 

News24.az-ın əldə etdiyi məlumata görə, tələbələrin müayinə prosesi Qobustanda həyata keçiriləcək. 

Müayinə üçün artıq müəyyən həkim qrupu Qobustandadır. Qeyd olunan ərazidə müayinə üçün xüsusi məkan ayrılıb. Təxliyə olunan Azərbaycan vətəndaşlarının müayinəsi üçün yaradılan həkim qrupunda Elmi-Tədqiqat Ağciyər Xəsətlikləri İnstitutundan nümayəndələr təmsil olunur. 

Təxliyə olunan Azərbaycan vətəndaşları məhz müayinədən sonra evlərinə gedə biləcəklər.