Abşeronda mənzildən 10 min manatlıq OĞURLUQ EDİLDİ
    • 31-01-2020, 14:47
    • 916

Abşeronda mənzildən 10 min manatlıq OĞURLUQ EDİLDİ

Abşeronda evdən oğurluq edilib.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Kriminalistik Tədqiqatlar İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-dən 25-dək olan müddətdə rayon ərazisindəki 4 evdən 3050 manat, 300 ABŞ dolları və 6400 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Fərəcov saxlanılıb.