“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya İŞLƏRİ GÖRÜLDÜ
    • 1-02-2020, 12:29
    • 1 059

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya İŞLƏRİ GÖRÜLDÜ

Kəskin respirator infeksion xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində növbəti dəfə dezinfeksiya işləri görülüb. 

Bu barədə News24.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumata görə, perronlar, gözləmə zalları və park ərazisi xüsusi dərman məhlullarından istifadə olunmaqla dezinfeksiya edilib. Sərnişinlərin narahatlığına səbəb olmamaq üçün işlər gecə saatlarında aparılıb.