Azərbaycanda koronavirusun diaqnostikasının aparılacağı mərkəzin adı AÇIQLANDI
    • 3-02-2020, 11:11
    • 889

Azərbaycanda koronavirusun diaqnostikasının aparılacağı mərkəzin adı AÇIQLANDI

Azərbaycanda koronavirus epidemiyasının diaqnostikası Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində aparılacaq.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ölkəyə gətirilən testlər artıq mərkəzə təhvil verilib: “Epidemiyaya yoluxduğu şübhə doğuran şəxslərdən götürülən nümunələr mərkəzdə testlər vasitəsilə yoxlanılacaq. Azərbaycana kifayət qədər testlər gətirilib”.

Xatırladaq ki, testlər ölkəyə Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı ilə gətirilib. /Report/