Qusarda itkin düşən yeniyetmənin MEYİTİ TAPILDI - YENİLƏNİB
    • 3-02-2020, 18:03
    • 1 092

Qusarda itkin düşən yeniyetmənin MEYİTİ TAPILDI - YENİLƏNİB

Qusarda itkin düşən yeniyetmənin meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə, Qusar RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il fevralın 1-də itkin düşmüş 2006-cı il təvəllüdlü Əmrahov Əmrah Nurulla oğlunun meyiti bu gün saat 15:30 radələrində yaşadığı kəndin yaxınlığında yerləşən transformatordan tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, Əmrah Əmrahov həmin transformatora daxil olub, elektrik enerjisi vurması nəticəsində dünyasını dəyişib. 


***
15:13
Qusarda 14 yaşlı oğlan itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə, Qusar rayonu Bədirqala kənd sakini, 2006-cı il təvəllüdlü Əmrahov Əmrah Nurulla oğlu cari ilin fevral ayının 1-də axşam saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Əmrah Əmrahovun əlamətləri belədir: Boyu 155-160 sm, orta bədən quruluşlu, qısa saçlı, sağ qaşında xırda çapıq var. Azərbaycan və ləzgi dillərində sərbəst danışır.

Evdən çıxan zaman onun əynində qara idman şalvarı, qara qısa gödəkcə və qara rəngli idman papağı olub.

Şəkildə gördüyünüz yeniyetməni tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə və 023-385-28-22 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.