"Bu,  bizim yuxumuza da gəlməzdi" - İlham Əliyev
    • 4-02-2020, 00:15
    • 1 031

"Bu, bizim yuxumuza da gəlməzdi" - İlham Əliyev

Azərbaycan bu illər ərzində kosmik dövlətə çevrilib. Bizim üç peykimiz var, 16 il bundan əvvəl bu, bəlkə də bizim yuxumuza da gəlməzdi. Amma bu gün bu, reallıqdır. 


News24.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda səsləndirib:


"Nəinki üç peykimiz var, hətta iki ildən sonra dünyanın aparıcı tədbiri - Dünya Astronavtika Konqresi də Bakıda keçiriləcək, təxminən 50 ildən sonra. Çünki birinci dəfə Sovet İttifaqında da yeganə konqres 1973-cü ildə Bakıda keçirilmişdir. İndi 49 ildən sonra bu tədbir yenə də Bakıda, amma müstəqil Azərbaycan dövlətinin paytaxtı olan Bakıda keçiriləcək".