DİQQƏT! Bu ərazilərdə su olmayacaq -
    • 4-02-2020, 10:08
    • 1 107

DİQQƏT! Bu ərazilərdə su olmayacaq - "Azərsu" üzr istəyir

Bu gün Bakı şəhərinin və Hacıqabul rayonunun bəzi qəsəbələrində içməli suyun verilişi dayandırılacaq.

Azərsu ASC-dən News24.az-a verilən məlumata görə, magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün gün ərzində Hacıqabul rayonunun Atbulaq, Navahı, Qızılburun, həmçinin Qaradağ rayonunun Ələt və Qobustan qəsəbələrinə, Səngəçal qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar Azərsu ASC abonentlərdən üzr istəyir.