Bakıda 1 nəfər İNTİHAR ETMƏK İSTƏDİ
    • 4-02-2020, 15:54
    • 804

Bakıda 1 nəfər İNTİHAR ETMƏK İSTƏDİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. 

FHN-dən News24.az-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.