USD 1.7
EUR 1.8873
TRY 0.2491
RUB 0.0242
  • Bakı 17°C
  • ŞUŞA 12°C
  • GƏNCƏ 17°C
  • LƏNKƏRAN 15°C
  • ŞƏKİ 15°C
  • QUBA 13°C
  • NAXÇIVAN 15°C

Azərbaycanda güclü küləklə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişi DAYAND;RILDI

SOSİAL

Mətn ölçüsü

"Azərişıq" ASC Azərbaycan ərazisində müşahidə olunan güclü küləklə əlaqədar ölkənin bəzi ərazilərində elektrik enerjisinin verilişini müvəqqəti dayandırıb.

ASC-dən News24.az-a verilən məlumata görə, güclü külək ölkənin Cənub bölgəsində bir sıra fəsadlar törədib. Külək bu regionda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub.

Şimal bölgəsində də güclü külək yaranıb. Belə ki, Xaçmaz, Yalama, Qobustan və Xırdalan, xüsusi ilə Qobu, Güzdək, Şankar ərazilərində yaranan güclü külək bu regionlardakı infrastruktura zərər vurub. Baş verə biləcək qəza hallarının qarşısını almaq üçün "Azərişıq" qabaqlayıcı tədbirlər görür. Bu səbəbdən də bəzi ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayandırılıb. Külək səngidikdən sonra tez bir zamanda elektrik enerjisinin verilişi bərpa ediləcək.

Xəbəri paylaş: