"Koroğlu" Nəqliyyat Mübadilə mərkəzində YENİLİK - FOTO
    • 5-02-2020, 10:54
    • 930

"Koroğlu" Nəqliyyat Mübadilə mərkəzində YENİLİK - FOTO

"Koroğlu" Nəqliyyat Mübadilə mərkəzində Nəqliyyat Könüllüləri gözləmə zallarındakı rəflərə yeni kitablar, təlimat qaydaları və müxtəlif maarifləndirici broşürlər yerləşdiriblər.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, aksiya zamanı gözləmə zallarındakı sərnişinlər rəflərdəki kitablardan istifadə qaydaları ilə bağlı təlimatlandırılıblar.

Əziz sərnişinlər bir daha xatırlatma edirik ki, kitabları oxuduqdan sonra səliqəli şəkildə geri rəflərə qaytarasınız ki digər sərnişinlər də sizin kimi onlardan faydalana bilsinlər.