Lerikdə meşə materiallarını daşıyan şəxs SAXLANILDI - FOTO
    • 6-02-2020, 14:35
    • 595

Lerikdə meşə materiallarını daşıyan şəxs SAXLANILDI - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lerik rayonunun Hücü kəndi yaxınlığında meşə materialının daşındığı barədə məlumat daxil olub.

News24.az xəbər verir ki, nazirliyin yerli qurumlarının əməkdaşlarının  keçirdikləri reyd zamanı 5 fevral 2020-ci il tarixində gecə saat 5 radələrində QAZEL” markalı 10-OS-483 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 2 m3 həcmində ağcaqayın cinsli işlik meşə materialı aşkar edilib və  avtomobilin sahibi Samir Məmmədov barəsində akt tərtib olunub.

Hazırda faktla bağlı araşdırma aparılır.