Vüqar İskəndərov növbəti dəfə seçicilərlə GÖRÜŞDÜ - FOTO
    • 6-02-2020, 14:45
    • 1 076

Vüqar İskəndərov növbəti dəfə seçicilərlə GÖRÜŞDÜ - FOTO

113 saylı Şəki şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Vüqar İskəndərovun təbliğat-təşviqat kampaniyası çərçivəsində şəhər sakinləri ilə növbəti görüşü baş tutub.

News24.az xəbər verir ki, əvvəlcə seçicilərə məlumat verən YAP seçki qərargahının təbliğatçıları bildiriblər ki, Vüqar İskəndərov şəhərdə böyük nüfuza malik olan bir şəxsdir. Onun YAP rəhbərliyi tərəfindən namizədliyinin irəli sürülməsi təsadüfi deyil. Onun tərcümeyi halının zəngin olması və indiyə qədərki aktiv fəaliyyəti partiya rəhbərliyinin də gözündən yayınmayıb.

Çıxışçılar da bildiriblər ki, namizədin uzun illər Şəkinin həm ictimai, həm siyasi, həm də idman həyatında oynadığı rol seçicilərin də onu dəstəkləməsində əsas səbəblərdən biridir. Görüş çərçivəsində çıxış edən həm gənclər, həm də yaşlı nəslin nümayəndələri sonuna qədər Vüqar İskəndərovu dəstəkləyəcəklərini və seçki günü ona səs verəcəklərini bildiriblər.

Vüqar İskəndərov isə indiyə qədər olan dəstəyə görə seçicilərə təşəkkürünü bildirib. Seçildiyi təqdirdə hər bir seçicinin səsi olacağına söz verib və ona olunan etimadı doğrultmağa çalışacağını söyləyib.

Tədbir böyük coşğu və izdihamla başa çatıb.