Bakıda güclü külək qaz xəttini ZƏDƏLƏDİ
    • 7-02-2020, 10:32
    • 767

Bakıda güclü külək qaz xəttini ZƏDƏLƏDİ

Fevralın 6-da gecə saatlarında əsən güclü külək Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindəki yeni yaşayış massivində vətəndaşa məxsus hasarı aşırıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən News24.az-a verilən məlumata görə, bu zaman ərazidən keçən 100 mm diametrində olan qaz xəttinin 13 metrlik hissəsi də hasarın altında qalaraq zədələnib. Bir ədəd qaz sayğacının giriş hissəsi yararsız hala düşüb. 

Qeyd olunub ki, “Azəriqaz” İstehsalat Birliyinin qəza xidmətinin əməkdaşlarının səyi nəticəsində qaz sızmasının qarşısı alınıb. Hasarı uçan sakindən başqa digər abonentlərin qaz təchizatında hər hansı məhdudiyyət yoxdur.