MSK daha bir nəfərin namizədliyini LƏĞV ETDİ
    • 7-02-2020, 17:02
    • 699

MSK daha bir nəfərin namizədliyini LƏĞV ETDİ

Məzahir Səfər oğlu Şahvələdovun deputatlığa namizədliyi ləğv edilib.

News24.az xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirə edilib.

MSK katibi Arifə Muxtarova bildirib ki, 86 saylı İsmayıllı seçki dairəsinin sədri tərəfindən Məzahir Səfər oğlu Şahvələdovun ikili vətəndaşlığının olması ilə bağlı quruma müraciət edilib: “Tərəfimizdən yoxlamalar aparılıb və müraciətin doğruluğu sübuta yetirilib”.

Daha sonra məsələ müzakirəyə qoyulub. Müzakirələr nəticəsində Məzahir Səfər oğlu Şahvələdovun namizədliyi ləğv edilib.