Bakı Nəqliyyat Agentliyindən daha bir YENİLİK - FOTO
    • 9-02-2020, 12:33
    • 669

Bakı Nəqliyyat Agentliyindən daha bir YENİLİK - FOTO

İctimai Nəqliyyatda daha bir yeniliyin tətbiqinə başlanılıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, artıq Mərkəzi Dispetçer Xidmətindən avtobus sürücülərinə zəruri məlumatlar ötürülür. Sürücülər onlara Mərkəz tərəfindən ötürülən yazılı və ya səsli məlumatları avtobuslardakı "sürücü ekranı" cihazları vasitəsilə əldə edir.

İlk belə məlumatlandırma bu gün həyata keçirilib. Hava şəraiti ilə bağlı sürücülərə yol hərəkətinin təhlükəsizliyi baxımından vacib olan təlimat xarakterli mesajlar göndərilib.