Zaqatalada ikimərtəbəli EV YANDI
    • 11-02-2020, 14:27
    • 781

Zaqatalada ikimərtəbəli EV YANDI

Zaqatalada ev yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, rayonun Bazar kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb. 

Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.