AMEA-da ixtisarlar olub
    • 11-02-2020, 16:56
    • 880

AMEA-da ixtisarlar olub

"Yaxın dövrlərdə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) müxtəlifyönümlü islahatların aparılması nəzərdə tutulur".

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi Əminağa Sadıqov deyib.

Onun sözlərinə görə, bura struktur islahatları da aid ola bilər:

"Artıq Rəyasət Heyəti Aparatında müəyyən kadr ixtisarları olub. Eyni zamanda strukturun optimallaşdırılması istiqamətində də müəyyən işlər görülüb". /Report/