Koronavirusa qarşı dərman HAZIRLANDI
    • 11-02-2020, 16:58
    • 1 387

Koronavirusa qarşı dərman HAZIRLANDI

Koronavirusun müalicəsində effektli olan dərman hazırlanıb.

News24.az AMEA-nın saytına istinadən məlumat verir ki, Çin alimləri koronavirusun müalicəsində “Remdesivir” adlı dərmanın effektli olduğunu təsdiq ediblər. Dərmanın tərkibi “chloroquin” aktiv maddəsindən ibarətdir.

ABŞ-ın “Glead Sciences” əczaçılıq şirkəti tərəfindən hazırlanan “Remdesivir” artıq Ümumdünya Səhiyyə Təşkilatı və digər aidiyyatı qurumların nümayəndələrinin iştirakı ilə klinik sınaqlardan keçirilib.

nytimes.com saytının məlumatına görə, Çinin “Hubey Wuhan Jinyintan” xəstəxanasında keçirilən mətbuat konfransında sınaq proqramının direktoru Cao Bin bu dərmanın Sars və Mers kimi digər betakoronoviruslar qrupu üçün də aktiv hesab olunduğunu bildirib.

Qeyd edək ki, “Remdesivir” "Ebola" virusunun müalicəsi üçün hazırlanıb, lakin dərman bu xəstəlikdə təsirsiz olduğu üçün lisenziya almayıb.