Şamaxıda “Jeep” QARA BATDI
    • 12-02-2020, 11:01
    • 804

Şamaxıda “Jeep” QARA BATDI

Şamaxıda minik maşını qarlı yolda qalıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Şamaxı rayonunun Dədəgünəş kəndində “Jeep” markalı minik avtomobilinin qarlı yolda qalması səbəbi ilə "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub. 

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərə köməklik göstərilib.