Macarıstanda 2020-2021-ci tədris ili üçün təqaüd proqramı AÇIQLANDI
    • 13-02-2020, 10:57
    • 927

Macarıstanda 2020-2021-ci tədris ili üçün təqaüd proqramı AÇIQLANDI

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edir. Magistratura səviyyəsi üzrə elan olunan təqaüd proqramının təhsil müddəti iki ildir.

Təhsil Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları tələb olunan sənədləri 28 fevral 2020-ci il tarixinədək [email protected] elektron poçt ünvanına göndərməlidirlər. Tələb olunan sənədlər və digər məlumatlarla keçiddən tanış ola bilərsiniz.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatla elan vasitəsilə məlumat almaq mümkündür.