Bakıda marşrut avtobusunda BİABIRÇI MƏNZƏRƏ - FOTO

Bakıda marşrut avtobusunda BİABIRÇI MƏNZƏRƏ - FOTO
SOSİAL

13 fevral 2020, 12:49

Mətn ölçüsü

Bakıda marşrut avtobusunda siqaret çəkən şəxs narazılığa səbəb olub.

News24.az-ın məlumatına görə, Yeni Yasamalda 77 saylı avtobusda ön oturacaqda oturan şəxs sürücü ilə söhbət edərkən siqaret çəkib və tüstünü avtobusun salonuna doldurub.
Şikayətçinin sözlərinə görə, 77 saylı avtobusda belə özbaşınalıqlar adiləşib və avtobusların 5 fevraldan kart sisteminə qoşulacağı deyilsə də, bu sistem tətbiq edilmir. “Daim 77, 39 və 211 saylı avtobuslardan istifadə edirəm, sürücülərin siqaret çəkməsi, telefonla danışması, təhlükəli sürməsi adi hala çevrilib”, deyə şikayətçi bildirib.