Magistraturaya ərizə qəbulu BAŞA ÇATDI
    • 14-02-2020, 10:56
    • 802

Magistraturaya ərizə qəbulu BAŞA ÇATDI

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına ərizə qəbulu başa çatıb.

Dövlət İmtahan Mərkəzindən News24.az-a verilən xəbərə görə, 15703 bakalavr elektron ərizəsini təsdiq edib.

Onlardan 14404-ü Azərbaycan, 1299-u rus bölməsi üzrədir.

Qeyd edək ki, magistraturaya qəbul imtahanı fevralın 23-də keçiriləcək.