USD 1.7
EUR 1.8412
TRY 0.2808
RUB 0.0268
  • Bakı 8°C
  • ŞUŞA 6°C
  • GƏNCƏ 10°C
  • LƏNKƏRAN 5°C
  • ŞƏKİ 10°C
  • QUBA 4°C
  • NAXÇIVAN 2°C

Bakı Zooparkında möhtəşəm yeniliklər – NƏHƏNG AKVARİUMUN ÜZƏRİNDƏ RESTORAN TİKİLİR

Sosial

Mətn ölçüsü

Bakı Zooparkınn yenidənqurma işlərinə başlanılması ilə əlaqədar bir neçə aylıq bağlanması barədə məlumat vermişdik.

News24.az-ın məlumatına görə, heyvanlar müvəqqəti Qaradağ rayonunda tikilmiş zooparka yerləşdirilib. Yenidənqurmadan sonra Bakının Nərimanov rayonu ərazisində yerləşən zooparkın ərazisi 2 hektardan 4,15 hektara qədər artırılacaq.

Belə ki, ərazidəki bütün qəfəslər götürülüb, heyvanları təbiətdəki kimi açıq şəkildə hərəkət edəcəklər. Təbii ki, insanların hərəkətlərində müəyyən məhdudiyyətlər olacaq. İnsanların əyləncəsi üçün restoranlar, kafelər tikilib. Hətta böyük  akvaterrarium binası tikilir, içərisində böyük akvariumlar olacaq. Akvariumun üzərində isə müasir restoran inşa ediləcək.

Burada heyvanlar üçün dünya standartlarına uyğun klinika tikilib. Bu klinika tək zoopark heyvaları üçün nəzərdə tutulmayıb, kimsə istəsə öz heyvanını bura gətirib bütün problemlərini həll edə bilər. Yenilənmiş zooparkda xüsusi piyada zolaqları, körpü və sair də olacaq.
Təmir və yenidənqurma işlərinin yay aylarında yekunlaşdırılması nəzərdə tutulub. İşlər yekunlaşdıqdan sonra heyvanlar öz yerlərinə qaytarılacaq.
Zooparkda aparılan yenidənqurma işlərini əks etdirən fotoları təqdim edirik.

Xəbəri paylaş: