Bakının mərkəzində EV YANDI
    • 14-02-2020, 12:20
    • 693

Bakının mərkəzində EV YANDI

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 54 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və taxtadan ibarət dam örtüyü 35 m² sahədə yanıb.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.