Bakı metrosunda qorxulu anlar - Qadın qatar xəttinə düşdü

Bakı metrosunda qorxulu anlar - Qadın qatar xəttinə düşdü
SOSİAL

14 fevral 2020, 13:06

Mətn ölçüsü

Bakı Metropoliteninin “Memar Əcəmi” stansiyasında qadın qatar xəttinin üzərinə düşüb.

News24.az xəbər verir ki, bu barədə Apa-ya “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, bu səbəbdən qatarların hərəkətində 10 dəqiqəlik fasilə yaranıb.

B.Məmmədov qeyd edib ki, qadın aidiyyəti üzrə təhvil verilib, onun şəxsiyyəti və hadisənin səbəbi araşdırılır.