Magistraturaya qəbul üçün buraxılış vərəqələrinin ÇAPINA BAŞLANDI
    • 18-02-2020, 11:19
    • 859

Magistraturaya qəbul üçün buraxılış vərəqələrinin ÇAPINA BAŞLANDI

Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanında iştirak üçün "İmtahana buraxılış vərəqəsi"ni çapına başlanılıb. 

Dövlət İmtahan Mərkəzindən News24.az verilən məlumata görə, buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmaq lazımdır.

Bakalavrlar imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmayacaq. 
Xatırladaq ki, magistraturaya qəbul imtahanı fevralın 23-də keçiriləcək.