"74 saylı Lənkəran kənd seçki dairəsinin sədri DOST mərkəzində işləmir" - Fazil Talıbov
    • 18-02-2020, 17:57
    • 1 006

"74 saylı Lənkəran kənd seçki dairəsinin sədri DOST mərkəzində işləmir" - Fazil Talıbov

"Bəzi saytlarda 74 saylı Lənkəran kənd seçki dairəsinin sədri Rufiyev Əlövsət Rufi oğlunun DOST mərkəzində çalışması barədə əksini tapan məlumat əsassızdır. DOST mərkəzlərində Rufiyev Əlövsət adlı şəxs çalışmır".

News24.az xəbəb verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, ödənişli ictimai işlərə vətəndaşların qəbulu yerli icra hakimiyyəti orqanlarının təqdim etdikləri siyahılar əsasında həyata keçirilir: 

"Siyahılarda qeyd edilən şəxslər “DOST İş” mərkəzi tərəfindən qeydiyyata alınır. Bu sahədə ictimai açıqlığın və ictimai nəzarətin təmin edilməsi məqsədilə həmin siyahılar da nazirliyin rəsmi saytında təqdim edilir.

Ə.Rufiyevin ictimai işlərdə çalışması barədə məlumat və skan olunmuş şəkil də məhz həmin siyahıdan götürülüb.
Qeyd olunan yalnış məlumatı yayımlayan media orqanlarına məlumatı yaymazdan öncə qarşı tərəfin rəsmi mövqeyinin öyrənilməsini tövsiyə edirik.