Bakıda xalaoğlular “play station” salonlarından OĞURLUQ ETDİ - FOTO
    • 19-02-2020, 12:44
    • 724

Bakıda xalaoğlular “play station” salonlarından OĞURLUQ ETDİ - FOTO

Xəzər rayonu Binə qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a Xəzər RPİ-nin 3-cü Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluqlar edən Lənkəran şəhər sakinləri Vüsal Məmmədli və xalası oğlu Elxan Hüseynov tutularaq istintaqa təqdim ediliblər. 

Araşdırma zamanı onların Binə qəsəbəsində 7 evdən pul, qızıl-zinət və məişət əşyaları, 2 “play station” salonundan ümumilikdə 18 ədəd oyun aparatı və 1 mağazadan ərzaq məhsulları oğurladıqları məlum olub.

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.