Rayonlarda bəzi xəstəxanalarda TİBB FAKÜLTƏLƏRİ AÇILACAQ - Zaur Əliyev
    • 20-02-2020, 12:06
    • 552

Rayonlarda bəzi xəstəxanalarda TİBB FAKÜLTƏLƏRİ AÇILACAQ - Zaur Əliyev

Bəzi regionların dövlət xəstəxanalarında tibbi fakültələrin açılması üçün hökumətə təkliflər hazırlayırıq. 

News24.az
 xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasında keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, hazırda bununla bağlı təhlillər aparılır.

Z.Əliyev deyib ki, hazırda Səhiyyə Nazirliyi ilə rezidenturanı bitirib bölgələrə təyinat alan həkimlərin regionlarda ən azı 3 il çalışması məsələsi ilə bağlı danışıqlar aparılır.

"Regionlarda həkimləri ezam etmək niyyətindəyik. Bununla regionlarda olan həkim çatışmazlığını qısa müddətdə aradan qaldırmaq istəyirik. Xaricdə, xüsusilə Türkiyədə oxuyan tələbələri regionlara səfərbər etmək istəyirik. Bununla bağlı onlarla danışıqlar gedir, həvəsləndirmə tədbirləri də görüləcək. Mıncə maraqları da var"

Z.Əliyev bildirib ki, regionlarda həkim məntəqələrinin vəziyyəti ürəkaçan deyil. "Bunu bilirik. Lakin bizim səlahiyyətimiz məhduddur. Son 10 ildə 600-dən çox xəstəxananın əsaslı təmiri və yenidən qurulması üçün yatırımlar olub. Bəzi xəstəxanalarda işlər qalıb. Onlar da tamamlanacaq. Yerlərdə həkim kadr çatışmazlığı var, avadanlıqlar yetəri səviyyədə deyil. Həkimlərin bəziləri düzgün müalicə müayinə aparmaqda çətinlik çəkirlər".

Afaq Mirayiq