BNA “BakıKart"-ın fəaliyyətində yaranan fasiləyə AYDINLIQ GƏTİRDİ

BNA “BakıKart"-ın fəaliyyətində yaranan fasiləyə AYDINLIQ GƏTİRDİ
SOSİAL

20 fevral 2020, 13:45

Mətn ölçüsü

Bu gün səhər Bakı Metropoliteninin “Neftçilər” və “Qara Qarayev” stansiyalarında yerləşən “BakıKart” ödəmə terminallarının fəaliyyətində fasilə yaranıb. 

News24.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev şəxsi sosial şəbəkə hesabında bildirib. Onun sözlərinə görə, buna səbəb terminalların elektrik enerjisinin verilişində müəyyən problemlərin yaranması olub:

"Problemin “BakıKart” terminallarından qaynaqlanması barədə yayılan məlumat isə həqiqəti əks etdirmir", - deyə BNA-nın sözçüsü bildirib.