Sabah Bakı metrosu dezinfeksiya EDİLƏCƏK
    • 20-02-2020, 15:44
    • 1 775

Sabah Bakı metrosu dezinfeksiya EDİLƏCƏK

Sabahdan etibarən Bakı metropolitenində dezinfeksiya işlərinə başlanacaq.

Bunu News24.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, ilkin olaraq dezinfeksiya işləri qatarlarda aparılacaq: "Bununla bağlı tədbirlər planı hazırlanıb və gələn həftədən dezinfeksiya işləri stansiyalarda aparılacaq".

B. Məmmədov əlavə edib ki, dezinfeksiya koronavirusa qarşı profilaktik işlər çərçivəsində aparılacaq.