Ziyad Səmədzadənin dairəsində 4 məntəqə ləğv edildi
    • 20-02-2020, 20:39
    • 1 440

Ziyad Səmədzadənin dairəsində 4 məntəqə ləğv edildi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 23 saylı Nəsimi-Səbail seçki dairəsindən daxil olmuş müraciətə baxılıb. 

News24.az xəbər verir ki, məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib. Şikayətçi namizəd Toğrul Vəliyev qeyd edib ki, səsvermənin nəticələri seçicilərin iradəsini tam əks etdirmir. 

MSK-nın araşdırması zamanı müəyyən olunub ki, yalnız 4 məntəqədə səsvermənin nəticələri etibarsız hesab edilməlidir. 

Beləliklə, 14,17,23,25 saylı məntəqələrin nəticələri etibarsız hesab edilib.

Qeyd edək ki, həmin dairədə lider namizəd  Ziyad Səmədzadədir.