Bakının bu yollarında sürət həddi endirildi
    • 20-02-2020, 23:12
    • 830

Bakının bu yollarında sürət həddi endirildi

Yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti - Hava limanı və Zığ yolu - Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi zolaqlar üzrə müvafiq olaraq endirilib.

News24.az xəbər verir ki, bu barədə BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
Onun sözlərinə görə, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir:

"Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və meteoroloji amilləri nəzərə almaları tövsiyə olunur".