Kamran Əsədov həbs edilən icra başçısına: “Səhər qərar verənin...”
    • 21-02-2020, 10:46
    • 727

Kamran Əsədov həbs edilən icra başçısına: “Səhər qərar verənin...”

“Siz bu qədər insanın ahına girməyəcəyinizi düşünürdünüz? Siz bu qədər insanın haqqına girə biləcəyinizi düşündünüz? Siz bu qədər və daha 82 min insanın arzularını, ümidlərini oğurlamağın asan və mümkün olacağını düşündünüz?”

News24.az məlumat verir ki, bu sözləri Neftçaladan deputatlığa namizəd olmuş təhsil eksperti Kamran Əsədov dünən Neftçalanın icra başçısı İsmayıl Vəliyevin həbs edilməsi barədə məlumat yayılandan sonra yazıb. K.Əsədov əlavə edib: “Hər şey yaxşı olacaq! Səhər qərar verənin, axşam qərarı veririlir. Ona görə də, pula, vəzifəyə görə dəyərləri itirməyin”.

Qeyd edək ki, Neftçala seçki dairəsindən xalq şairi Sabir Rüstəmxanlı lider namizəddir. K.Əsədov isə seçkidə qanunazidd müdaxilələrin olduğunu bildirib.