Daha iki nəfərin şikayəti təmin edilmədi
    • 21-02-2020, 21:24
    • 761

Daha iki nəfərin şikayəti təmin edilmədi

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında 24 saylı Nizami birinci seçki dairəsindən daxil olan şikayətə baxılıb.

News24.az xəbər verir ki, bu dairədən namizədlər Nəsiman Yaqublu və İlham Mirzəyev şikayətlərində səsvermə zamanı pozuntular olduğunu bildirib. MSK üzvü bildirib ki, şikayətdə qeyd edilən pozuntular təsdiqini tapmayıb: “Hətta o məntəqələrin nəticələri ləğv edilsə belə, bu, dairənin nəticələrinə təsir etməyəcək”.

Səsvermə nəticəsində şikayətlər təmin edilməyib.
Qeyd edək ki, bu dairə üzrə lider Könül Nurullayevadır. Şikayətçilərdən biri Nəsiman Yaqublu isə Azərbaycan Xalq Cumhuriyyətinin tarixi araşdırmaçısı, tarix elmləri doktoru, professordur.