MSK daha 2 şikayəti təmin etmədi
    • 22-02-2020, 18:30
    • 1 088

MSK daha 2 şikayəti təmin etmədi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 28 saylı Sabunçu üçüncü seçki dairəsindən daxil olmuş müraciətə baxılıb.

News24.az xəbər verir ki, məsələ barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

O bildirib ki, daha öncə də sözüdedən seçki dairəsi ilə bağlı müraciət daxil olub və araşdırma aparılıb. MSK-nın araşdırması zamanı müraciətdə iddia olunan qanun pozuntuları öz əksini tapmayıb. Bu səbəbdən MSK üzvü namizəd Tahir Poladzadənin müraciətinin təmin olunmaması təklif edib. Namizəd T. Poladzadə şikayətində qeyd edib ki, Dairə Seçki Komissiyasının üzvləri səs saylarını şişirdib.

Səsvermə nəticəsində şikayətlər təmin edilməyib, MSK DSK-nın qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, bu dairə üzrə lider Eldar Quliyevdir.