Abşeronda baş verən yanğın söndürüldü - YENİLƏNDİ
    • 24-02-2020, 10:54
    • 618

Abşeronda baş verən yanğın söndürüldü - YENİLƏNDİ

Fövqəladə Hallar Nazirliyi (FHN) Abşeronda baş verən yanğınla bağlı açıqlama yayıb.

FHN-in Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva sorğusuna cavab olaraq bildirib ki, yanğın Qobu qəsəbəsində məişət tullantıları olan ərazidə qeydə alınıb.

O qeyd edib ki, təkər qalıqlarından yanğın baş verib və Nazirliyin yanğınsöpndürən maşınları yanğını söndürüb. /Report/

**08:25

Abşeronda güclü yanğın hadisəsi olub.


News24.az-ın məlumatına görə, hadisə Qobu qəsəbəsinə yaxın ərazidə qeydə alınıb.
İlkin məlumata görə, ərazidəki obyektlərdən birində yanğın başlayıb. Yanğın uzaq məsafədən də diqqəti cəlb edir.
Hadisənin hansı ob yektdə baş verdiyi dəqiqləşdirilir.