"Məzahir müəllim, seçkiləri mən udmuşam" - Ləman Ələşrəfqızı qəzəbləndi
    • 24-02-2020, 23:35
    • 1 080

"Məzahir müəllim, seçkiləri mən udmuşam" - Ləman Ələşrəfqızı qəzəbləndi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 117 saylı seçki dairəsindən daxil olmuş müraciətə baxılıb.

News24.az xəbər verir ki, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Qeydə alınmış namizəd Ləman Ələşrəfqızı müraciətində seçki dairəsi üzrə səsvermənin nəticələrinin ləğv edilməsini istəyib. MSK-nın araşdırması zamanı məlum olub ki, 29,30 və 43 saylı seçki məntəqələrində nəticələr seçicilərin iradəsini əks etdirmir.

Beləliklə, MSK hər 3 məntəqənin nəticələrini etibarsız hesab edib.

İclasda çıxış edən L. Ələşrəfqızı bildirib ki, 61 məntəqənin hər biri ləğv edilməlidir:

“O seçkiləri mən udmuşam, Aqiyə Naxçıvanlı yox. Mən hörmətimi bütün ölkədə qazanmışam.

İstəyirəm ki, bu hörməti MSK da qazansın. Təşviqat dövründə adamları dövlət adı altında birləşdirdim.

Amma siz bu seçkiyə kölgə saldınız. Mən bu işdə birbaşa sizi məsul hesab edirəm, Məzahir müəllim”.