AzTU İspaniya universitetləri ilə ƏMƏKDAŞLIQ EDƏCƏK

AzTU İspaniya universitetləri ilə ƏMƏKDAŞLIQ EDƏCƏK
SOSİAL

25 fevral 2020, 11:57

Mətn ölçüsü

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Madrid Politexnik Universitetinin nəzdində fəaliyyət göstərən Sənaye Mühəndisləri Ali Texniki Məktəbinin energetika departamentinin əməkdaşı Jorge Servetlə görüşüb.

Universitetin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, rektor qonağa universitetdə aparılan islahatlar və bu yaxınlarda Türkiyəyə etdiyi işgüzar səfər barədə məlumat verib. Bildirib ki, AzTU həm Türkiyə, həm Avropa, o cümlədən də İspaniya universitetləri ilə əməkdaşlıqda maraqlıdır.

Qonaq İspaniya universitetlərinin texniki təhsil sahəsində gördüyü işlərdən danışıb. Söhbət zamanı tələbə-müəllim mübadiləsi, ikili diplom proqramlarının tətbiqi ilə bağlı da fikir mübadiləsi aparılıb.