TƏCİLİ! Cəlilabadda 23 nəfər koronavirus şübhəsi ilə XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ
    • 25-02-2020, 18:20
    • 2 515

TƏCİLİ! Cəlilabadda 23 nəfər koronavirus şübhəsi ilə XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini birgə məlumat yayıb.

News24.az xəbər verir ki, İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərində olan 23 nəfər müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin müayinə zamanı 2 nəfərin hərarəti normadan bir qədər yüksək olub. Səhhətlərində ciddi problem aşkarlanmayıb.

Bildirilib ki, həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək.

Qeyd edək ki, yuxarıda qeyd olunanların əksəriyyəti İrana ziyarətə gedənlərdir.

Ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edirik.