Bakıda üç avtomobil toqquşub, 3 NƏFƏR ÖLDÜ
    • 26-02-2020, 17:34
    • 902

Bakıda üç avtomobil toqquşub, 3 NƏFƏR ÖLDÜ

Xocəsən qəsəbəsində baş verən qəzada ölənlərin sayı 3-ə çatıb. 

Bu barədə TƏBİB-dən bildirilib. Hadisədə yaralanan kişi də dünyasını dəyişib. 
 
***
17:10

Bakıda ağır yol qəzası baş verib.

hadisə Xocəsən qəsəbəsi ərazisində qeydə alınıb. Üç avtomobil toqquşub, avtomobillərdən biri gölə düşüb.

TƏBİB-dən bildirilib ki, qəza nəticəsində iki qadın ölüb, bir kişi isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Fövqəlada Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub: “Hazırda xilasetmə işləri aparılır”. /APA/