“Bakubus” avtobusları dezinfeksiya edilir
    • 28-02-2020, 01:02
    • 841

“Bakubus” avtobusları dezinfeksiya edilir

“Bakubus” MMC-də avtobuslarda kəskin resporator xəstəliklərə qarşı dərmanlama işləri aparılır.


News24.az xəbər verir  ki, qanunvericiliyə uyğun olaraq, iki aydan bir həmin sərnişin avtobuslarında dezinfeksiya işləri aparılır. Aparılan bu işlər kəskin respirator xəstəliklərə qarşı qabaqlayıcı xarakter daşıyır.


Bakı Nəqliyyt Agentliyinin mətbuat Xidmətinin rəhbəri Mais Ağayevin verdiyi məlumata görə, hazırda koronovirusla bağlı müvafiq səhiyyə qurumlarının tövsiyəsi olarsa, bu işlər mütəmadi həyata keçiriləcək.


Qeyd edək ki, müvafiq işlər sərnişinlərin narahatlığına səbəb olmaması üçün gecə aparılır.