Gədəbəydə iki avtomobil toqquşdu - ANA VƏ OĞUL ÖLDÜ - YENİLƏNİB
    • 28-02-2020, 13:54
    • 1 037

Gədəbəydə iki avtomobil toqquşdu - ANA VƏ OĞUL ÖLDÜ - YENİLƏNİB

Gədəbəydə baş verən yol qəzasında ölənlərin və yaralananların adları məlum olub.

Qəza nəticəsində “VAZ-21011”in sürücüsü, 1989-cu il təvəllüdlü Hüseynov Ruslan İbrahim oğlu və avtomobildə olan sərnişin, sürücünün anası Hüseynova Nüşabə Telman qızı aldıqları xəsarətdən hadisə yerində ölüblər. 1955-ci il təvəllüdlü Mahir Tağıyev, 2010-cu il təvəllüdlü Məcid Nuriyev və 1961-ci il təvəllüdlü Səriyyə Nuriyeva xəsarətlə xəstəxanaya yerləşdiriliblər. 

***
13:34

Gədəbəydə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə rayonun Düzyurd kəndində qeydə alınıb. “”Mitsubishi Pajero” markalı avtomobil “VAZ-21011” markalı maşınla toqquşub. Qəza nəticəsində nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır. /Apa/